Zelenski Makronla danışdı: Fransa ordusu Ukraynaya yeridilir


Ukrayna lideri Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronla söhbət etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

"Biz Fransanın Ukraynaya hərbi kontingent yerləşdirmək təşəbbüsünü müzakirə etdik", - Zelenski qeyd edib.

Ukrayna prezidenti əlavə edib ki, o, Fransa prezidenti ilə Respublika Ordusunun bölmələrinin yerləşdirilməsi layihəsinin həyata keçirilməsi yollarını da müzakirə edib.

Zelenski bu “təşəbbüs”ə digər dövlətləri də cəlb etmək istədiyini vurğulayıb. /publika.az/


MANŞET XƏBƏRLƏRİ