Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyanın keçmiş sədri Maral Akşənəri vitse-prezident təyin edəcək.
Turkustan.az xəbər verir ki, bu iddia ilə jurnalist Ərdal Sağlam çıxış edib.
O bildirib ki, bu təyinatla vitse-prezidentlərin sayı 2-yə çatacaq.
Qeyd edək ki, hazırda Türkiyənin vitse-prezidenti Cövdət Yılmazdır. /axar.az/