Bizi Aİİ-dən qovacaqlar: türklərlə necə rəqabət aparacağıq?


Deyəsən, Ermənistan hökuməti bilmir ki, eyni vaxtda iki iqtisadi ittifaqın üzvü ola bilməz. Lakin Ermənistan hökumətinin AB-yə üzvlüklə bağlı belə bir qərarı ona gətirib çıxaracaq ki, Aİİ-yə üzv dövlətlər sonda Ermənistanı qurumdan xaric edəcəklər.

Turkustan.az xəbər verir ki, bu sözləri erməni politoloq Nairi Sərkisyan Ermənistan hökumətinin AB-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyərək, parlamentə göndərməsi haqda deyib.

“Ermənistanın Aİİ-dən çıxmaqla bağlı gündəminin olub-olmamasının əhəmiyyəti yoxdur. Hökumətin həddini aşması digər üzv dövlətlərin Ermənistanı Aİİ bazarından çıxarmasına səbəb olacaq”, - o bildirib.

Onun fikrincə, Ermənistan hökumətinin bu addımı yalnız seçkiqabağı piardır:

“Avropa standartlarına uyğun məhsul istehlak etmək problemi var: türk məhsulları Avropa məhsulları ilə Avropanın özündə də çox güclü rəqabət aparır. Ermənistan-Türkiyə sərhədinin açılması erməni istehsalçısı üçün təhlükə yaradacaq, çünki daxili bazarda türk məhsulları ilə rəqabət apara bilməyəcəyik”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ