Almaniya kansleri Olaf Şolts ölkədə pensiyaları və digər sahələrdə xərcləri azaltmaqla Kiyevə silah tədarükünün maliyyələşdirilməsini istisna edib.
Turkustan.az TASS-a istinadən xəbər verir ki, o, bunun əleyhinə olduğunu bildirib.
"Mən bu vəsaitləri pensiyalardan almağımızın əleyhinəyəm. Mən icmalar üçün maliyyəni kəsərək bunu etməyimizin əleyhinəyəm. Dəmir yolu nəqliyyatının və yolların inkişafına daha az pul yatırmağımızın əleyhinəyəm", - deyə Şolts Bielefeld şəhərinə səyahət zamanı jurnalistlərə bildirib.
O qeyd edib ki, Ukraynaya yardım əlavə olaraq maliyyələşdirilməlidir:
"Əgər bunu etmək lazımdırsa, o zaman pulun haradan gələcəyini də söyləmək lazımdır". /bakupost.az/