Aİ Ermənistana 10 milyon avro yardım ayıracaq


Avropa İttifaqı (Aİ) vizaların alınması prosesinin sadələşdirilməsi ilə bağlı İrəvanla dialoqa başlamaq qərarına gəlib və Avropa Sülh Fondu Ermənistana yardım üçün 10 milyon avro ayıracaq.

Turkustan.az xəbər verir ki, bu barədə yanvarın 13-də Avropa Komissiyasının (AK) brifinqində Aİ nümayəndəsi Anouar Əl-Anuni məlumat verib.

O qeyd edib ki, Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlər heç vaxt indiki qədər yaxın olmayıb. Əl-Anuninin sözlərinə görə, Aİ vizaların alınması prosesinin sadələşdirilməsi ilə bağlı dialoqlara başlayacaq.

“Avropa Sülh Fondu 10 milyon avro yardım edəcək. Biz Ermənistana Dayanıqlılıq və İnkişaf planı çərçivəsində maliyyə yardımımızı da artırmışıq”-deyə, Aİ nümayəndəsi bildirib.

Bundan əvvəl, yanvarın 11-də Avropa Xidmətinin rəsmi nümayəndəsi Anitta Hipper bildirmişdi ki, Avropa Komissiyası Ermənistanın Avropa İttifaqına üzvlüyünə başlamaq üçün qanunvericilik təşəbbüsünü nəzərdən keçirməyi planlaşdırır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ