Avropa İttifaqı (Aİ) müharibənin davam etdiyi Ukraynaya 148 milyon avro dəyərində yeni humanitar yardım paketi açıqlayıb.
Turkustan.az xəbər verir ki, AB Komissiyası tərəfindən edilən yazılı açıqlamada, Ukraynada təxminən 12,7 milyon insanın "təcili yardıma" ehtiyacı olduğu və yeni yardım paketinin bu ehtiyacları qarşılamağı hədəflədiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, 148 milyon avroluq ümumi yardım paketinin 140 milyon avrosu Ukraynaya, 8 milyon avro isə Moldovaya humanitar yardıma ayrılıb.
Yeni yardım paketindən sonra Aİ Komissiyasının müharibə başlayandan bəri Ukraynaya ayırdığı humanitar yardımın məbləği 1,1 milyard avronu keçib.
Aİ Komissiyasının Hazırlıq, Böhranların İdarə Edilməsi və Bərabərlikdən məsul üzvü Hadja Lahbib, "O, Ukrayna xalqının yanındadır" hesabında yardım paketi ilə bağlı paylaşım edib.
Bu arada AB-nin humanitar yardım səylərini araşdırmaq üçün dünən Ukraynaya gedən Lahbibin Ukrayna prezidenti Vladimir Zelenski də daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüşləri gözlənilir.
Aytən Yaşar/ Turkustan.az