Peskov: Putin və Tramp arasında danışıqlar hələ ətraflı hazırlanmayıb


Rusiya liderinin mətbuat katibi izah edib ki, müxtəlif ölkələr yalnız hipotetik olaraq əlaqələr təşkil etməyi təklif edirlər.

Turkustan.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında danışıqlara əsaslı hazırlıq yoxdur.

“Bir çox ölkələr təmasların mümkün olduğu ölkələr kimi ev sahibliyi təklif edirlər, lakin bu barədə danışmaq hələ tezdir, bu cür təmasların zəruri və məqsədəuyğun olacağına dair heç bir əsaslı hazırlıq yoxdur"-deyə, Peskov bildirib.

O, əlavə edib ki, Vaşinqtonda administrasiya dəyişdikdən sonra bu barədə daha konkret danışmaq mümkün olacaq.

Bildirək ki, Trampın andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ