Ermənistan bu zavodu işə salır: Azərbaycanın tələbindən sonra köçürmüşdü


Metallurgiya zavodu demək olar ki, hazırdır və yaxın vaxtlarda işə salınacaq.

Turkustan.az xəbər verir ki, bunu yanvarın 13-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O, əmin edib ki, 2025-ci ilin fevralından mart ayına kimi irimiqyaslı istehsala keçmək planlaşdırılır.

"Zavod yüksək keyfiyyətli hazır məhsullar istehsal edəcək", - Papoyan qeyd edib.

O bildirib ki, zavoda 40-50 milyon dollarlıq investisiya qoyulub.

Qeyd edək ki, bu zavod Azərbaycanla sərhəddə yerləşirdi və ekologiyaya böyük ziyan vururdu. Azərbaycanın israrlı təkidlərindən sonra Ermənistan bu zavodu Aarat rayonunun Ararat icmasına köçürüb./publika.az


MANŞET XƏBƏRLƏRİ