İran Silahlı Qüvvələri “Power 1403” hava hücumundan müdafiə təliminə başlayıb.
Turkustan.az xəbər verir ki, İran Silahlı Qüvvələri bildirib ki, Fordo nüvə obyektinin yerləşdiyi ölkənin qərb və şimal bölgələrində müdafiə təlimlərinə başlayıb.
İran Hava Hücumundan Müdafiə Qüvvələrinin rəhbərliyi altında bu gün səhər saatlarında keçirilən təlimə raket bölmələri, radar sistemləri, “Görüş” layihəsinin müşahidə qrupları, elektron döyüş bölmələri (CENG), hava hücumundan müdafiə üzrə aldatma və yanıltma sistemləri, pilotsuz uçuş aparatları və pilotlu təyyarələr cəlb olunub.
Bölgədə hərbi hazırlıq səviyyəsinin artırılması məqsədi daşıyan təlimdə Hərbi Hava Qüvvələrinin həm hücum, həm də müdafiə əməliyyatları həyata keçirdiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az