Rusiya Silahlı Qüvvələrinin 28 yaşlı "Smaylik" ləqəbli kəşfiyyatçı-istehkamçısı Zəkərya Əliyev Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətindəki hücumlarını 3 həftə ərzində təkbaşına dəf etməsi ilə diqqət mərkəzinə düşüb. Əliyevin sözlərinə görə, Ukrayna tərəfi onun başına 50 milyon rubl mükafat təyin edib.
Turkustan.az xəbər verir ki, döyüşçü rus mediasına açıqlamasında bu hadisələrin onun həyatında dönüş nöqtəsi olduğunu bildirib. O, həmçinin həyat hekayəsinin ekranlaşdırılması üçün bir kinostudiya ilə müqavilə bağladığını açıqlayıb.
Hazırda Əliyev müalicə üçün xəstəxanadadır və burada olduğu müddətdə gələcək fəaliyyətlərini planlaşdırır. Sağaldıqdan sonra xüsusi əməliyyat zonasına qayıtmağı düşünən hərbçi, göstərdiyi qəhrəmanlıqla böyük diqqət cəlb edib.
Qeyd edək ki, Zəkərya Əliyev haqqında ilk geniş müzakirələr 2024-cü ilin noyabrında yayılan video görüntülərdən sonra başlanıb./yenisabah.az