İlon Mask: Gəlin Avropanı yenidən möhtəşəm quraq


İlon Maskın AfD ilə bağlı yazıları reaksiya doğurmaqda davam edir.

Turkustan.az xəbər verir ki, dünyanın ən zəngin adamı olan İlon Mask Almaniyada gələn ay keçiriləcək erkən seçkilərdə SDP-nin namizədinin baş nazir Olaf Şolz olması xəbərinə münasibət bildirib.

Mask Şolzun Sosial Demokrat Partiyasının (SDP) növbədənkənar ümumi seçkilərdə baş nazir namizədi olaraq təsdiqləndiyi xəbərini paylaşıb və Trampın ABŞ seçkilərində istifadə etdiyi “Amerikanı yenidən möhtəşəm edək” (MAGA) ifadəsini Avropaya uyğunlaşdıraraq “Avropanı yenidən möhtəşəm edək” (MEGA) ifadəsini işlədib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ