Bayden və Netanyahu arasında anlaşma: Atəşkəs çox yaxındır


ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Turkustan.az xəbər verir ki, adının çəkilməsini istəməyən mənbə bildirib ki, görüşdə Qəzza zolağında atəşkəs və məhbusların azad edilməsi ilə bağlı danışıqlar müzakirə olunub.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ABŞ mətbuatına verdiyi açıqlamada tərəflərin atəşkəs danışıqlarında razılığa gəlməyə “çox, çox yaxın” olduqlarını ifadə edərək, “Vəzifədə olduğumuz hər gündən istifadə etməkdə qərarlıyıq"-deyə, bildirib.

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Ceyms Devid Vens ABŞ mətbuatına verdiyi açıqlamada, amerikalı girovların azad edilməsinə dair razılaşmanın Bayden administrasiyasının son günlərində, bəlkə də son bir-iki gündə açıqlanacağını gözlədiyini bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ