Danimarka Trampa cavab verib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın 47-ci prezidenti seçilən və yanvarın 20-də and içəcək Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanın ABŞ-ın nəzarətində olması fikrinə Danimarka cavab verib.
Donald Trampın Qrenlandiyanın ABŞ-ın nəzarətində olması ilə bağlı bəyanatlarına cavab olaraq Danimarka Qrenlandiyanı almaq əvəzinə təhlükəsizliyin gücləndirilməsini, o cümlədən adada ABŞ-ın hərbi varlığının artırılmasını təklif edib.
Danimarkanın baş naziri Mette Frederiksen ötən gün verdiyi açıqlamada Qrenlandiya ilə bağlı açıqlamaları ilə bağlı onunla görüşmək istədiyini bildirən Trampın adanı zorla ələ keçirməyə çalışacağına inanmadığını bildirib.
Bildirək ki, bu həftənin əvvəlində Donald Trampın oğlu kiçik Donald Tramp Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyaya səfər edib.
Aytən Yaşar/ Turkustan.az