Təyyarə qəzalarında heç kim ölməyəcək – Yenilik gəlir


Son zamanlarda artan təyyarə qəzaları hava yolu ilə səyahətin təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirir. Qəza zamanı həlak olan insan sayının minimuma endirilməsi, hətta sərnişinlərin tamamilə təhlükəsiz bir şəkildə yerə eniş etmələri üçün yeni layihələr hazırlanır.

Turkustan.az xəbər verir ki, bu layihələrdən biri sosial şəbəkələrdə daha çox diqqət cəlb edib.

Rusiyalı aviasiya mühəndisi Vladimir Tatarenkonun bir neçə il öncə qəzalarda sərnişinlərin zərər görmədən yerə endirilməsi üçün hazırladığı təyyarə layihəsi təkrar paylaşılmağa başlayıb. Layihəyə əsasən, yeni model təyyarələrin ayrıla bilən baş və gövdədən ibarət olması nəzərdə tutulub. Qəza anında sərnişinlərin yerləşdiyi gövdə isə tamamilə ayrılır və xüsusi quraşdırılmış paraşütlər vasitəsi ilə yerə endirilir.

Layihədə gövdənin su hövzəsi, yaxud quru ərazisi fərq etmədən təhlükəsiz enişi planlanıb. Sərnişinlərin əşyalarının da gövdə hissənin ən alt qismində yerləşdirilməsi nəzərdə tutulub. Hazırda bu layihənin üzərində çalışıldığına dair məlumatlar yayılıb.


MANŞET XƏBƏRLƏRİ