Los-Anceles yanğınları güclü küləyə görə şiddətlənə bilər: Ölənlərin sayı artır


ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri tarixinin ən dəhşətli yanğını ilə mübarizə aparır.

Turkustan.az xəbər verir ki, yanvarın 7-dən Los-Anceles və ətrafında davam edən yanğınlarda həyatını itirənlərin sayı 24-ə yüksəlib. Səlahiyyətlilər hazırda 3 bölgədə alovla mübarizə apardıqlarını bildirsələr də, sinoptiklər Santa Ana küləyinin yenidən güclənəcəyi barədə xəbərdarlıq ediblər. Həyatını itirənlərdən 8-nin Palisades bölgəsindən, 16-nın isə İton bölgəsindən olduğu bildirilib.

Bazar gününə olan məlumata görə, Los-Ancelesdə 100 mindən çox insan üçün təxliyə əmri verilib və daha 87 min insan təxliyə xəbərdarlığı ilə üzləşib.

Kaliforniya tarixindəki ən dəhşətli yanğın fəlakəti güclü küləklər nəticəsində sürətlə yayıldı. Yanvarın 7-də axşam saatlarında 2 rayonda başlayan yanğın 6 rayona yayılıb. Hazırda səlahiyyətlilər 3 rayonda alovla mübarizə aparır.

Palisades bölgəsindəki yanğın ən böyüyüdür və indiyədək 23,000 hektardan çox ərazini məhv edib. Yanğının 11 faizi nəzarət altına alınıb.

Eaton yanğını ikinci ən böyük yanğın idi və 14 min hektardan çox ərazini məhv etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ