Əvvəlki prezidentliyi dövründə Donald Trampın ən yaxın adamlarından biri olan Stiv Bannon İlon Maska qarşı sərt açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Ağ Evin keçmiş müşaviri Stiv Bannon dünyanın ən zəngin adı, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın ən böyük dəstəkçilərindən biri olan İlon Maskı “irqçi” və “pis adam” adlandırıb.
İtaliyanın “Corriere della Sera” qəzetinə danışan Bannon Tramp dövründə Hökumətin Səmərəlilik Nazirliyini idarə edəcək Maskın Ağ Evə yüksək səviyyəli girişinin qarşısını alacağına söz verib.
Bannon:"O, həqiqətən pis adamdır. Mən bu adamı yıxmağı qarşıma məqsəd qoymuşam. Əvvəllər pul qoyduğu üçün buna dözməyə hazır idim, artıq dözə bilmirəm"-deyə, bildirib.
Bannon sözlərinə belə davam edib: "İlon Maskı andiçmə gününə, yəni yanvarın 20-nə qədər buradan qovacağam. Onun Ağ Evə tam girişi olmayacaq".
Aytən Yaşar/ Turkustan.az