İsrail ordusu işğal altındakı bir qəsəbəyə basqınlar zamanı onlarla fələstinlini həbs edib.
Turkustan.az xəbər verir ki, şahidlərdən alınan məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahilinin şimalında yerləşən Selfit şəhərinin Deyr İstiyə qəsəbəsində bir çox evə basqın ediblər.
Fələstinin rəsmi xəbər agentliyi olan WAFA-da yer alan xəbərdə İsrail qüvvələrinin son günlər Deyr-İstiya qəsəbəsinə davamlı basqınlar təşkil etdiyi və qəsəbənin giriş-çıxışlarını maneələrlə bağladığı bildirilib.
Xəbərdə İsrail qüvvələrinin Deyr İstiyə qəsəbəsində aralarında qocalar da daxil olmaqla 70-ə yaxın fələstinlinin nəzarətə alındığı vurğulanıb.
Bildirilib ki, İsrail əsgərləri Selfit şəhərinin Haris kəndindəki mağazaya basqın edərək Cenin şəhərində fələstinlilərə atəş açıb.
Digər tərəfdən Fələstin torpaqlarını qəsb edən israillilər İordan çayının qərb sahilinin Qalkilya şəhərində Fələstinlilərin avtomobillərinə daş ataraq onlara ziyan vurub.
İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.
Aytən Yaşar/ Turkustan.az