Suriyada yeni idarəçiliyin lideri Əhməd Şara, rejimin devrilməsi ilə ölkəyə dönüşlərin sürətlənəcəyinə diqqət çəkərək, “2 il ərzində 14 milyon suriyalının öz ölkələrinə dönəcəyinə əminəm” dedi.
Turkustan.az xəbər verir ki, YouTube platformasında məzmun prodüseri Joe HaTTab-a danışan Şəra, 61 illik Baas rejiminin çökməsi ilə məcburi köçkün və ölkəni tərk etmək məcburiyyətində qalan suriyalıların öz torpaqlarına qayıtmağa başladığını bildirib.
Şəra vurğulayıb ki, rejimin devrilməsi ilə nəticələnən proses zamanı onların nəzarətində olan bölgələrdə yaşayan insanlar məcburi köçkün düşməyib, əksinə, daha çox insan orada yaşamağa başlayıb və hazırda cəmiyyətin bütün təbəqələrindən olan insanlar heç bir problem olmadan bir yerdə yaşamağa davam edirlər.
Devrilmiş rejimin ölkədəki qurumlardan xalqı sıxışdırmaq və xalq üzərində hakimiyyətini gücləndirmək üçün istifadə etdiyini bildirən Şəra, rejimin xalqı düşmənə çevirdiyini, bütün qurumları xalqa zülm etmək üçün təşkil etdiyini, kütləni özünə xidmətə yönəltdiyini və bu məqsədə əl atdığını bildirib.
Ölkənin yenidən qurulması və inkişafı prosesində ədalət prinsipini əsas götürəcəklərini bildirən Şəra liderliyin nə vaxt irəliləyəcəyini, nə vaxt dayanıb, harada duracağını anlamaq olduğunu qeyd edib.
“Dövlət zəifdirsə, o ölkənin vətəndaşları da güclü ola bilməz”-deyə, o bildirib və əlavə edib ki, bu prosesdə dövlət qurumları, qanunvericilik və icra orqanları və digər müxtəlif sektorlar üçün qısa, orta və uzunmüddətli planlar hazırlanmalıdır.
Aytən Yaşar/ Turkustan.az