Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ


Krım da daxil olmaqla, Ukraynanın iddia etmək istədiyi ərazilərdən Rusiyanı tamamilə sıxışdırıb çıxarmaq qeyri-real məqsəddir.

Turkustan.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts deyib.

"Sadəcə olaraq, bütün rusları Ukrayna torpağının hər qarışından qovacağımızı söyləməyi real hesab etmirəm. Hətta Krımdan. Prezident Tramp bu reallığı etiraf etdi və hesab edirəm ki, bu, irəliyə doğru böyük addımdır. İndi bütün dünya bu reallığı tanıyır", - o bildirib.

Onun sözlərinə görə, münaqişənin diplomatiya yolu ilə bitməsinə diqqət yetirmək lazımdır:

"Gəlin irəli gedək. Bütün dünyanı əhatə edə biləcək bu münaqişəni necə dayandıra və onun daha da genişlənməsinin qarşısını ala bilərik?"

Uolts vurğulayıb ki, ilk addım danışıqlar prosesinə və uzunmüddətli həll yolunun axtarışına yol açacaq atəşkəsin yaradılması olmalıdır. /axar.az/


MANŞET XƏBƏRLƏRİ