Türkiyəyə qarşı gizli razılaşma: İran onları meydana atdı


“İran PKK-nın Suriyadakı qanadına 1500 kamikadze dron göndərməyi planlayıb. Məqsəd onların Suriyanın şimal-şərqində Türkiyə dəstəkli qüvvələrlə döyüşməsini təmin etməkdir”.

Turkustan.az xəbər verir ki, bunu erməni iranşünas Vardan Oskanyan deyib.

O, Tehranın kürdlər vasitəsilə Suriyada yenidən hərəkətə keçdiyini bildirib:

“Artıq 1500 dronun verilməsi ilə bağlı razılığa gəlinib, lakin bu baş tutmayıb. Əgər xəbər doğrudursa, o zaman Suriyada çoxdandır danışdığımız anti-Türkiyə məzmunlu kürd-İran əməkdaşlığı açıq şəkidə müşahidə edilir deməkdir. Bəşər Əsəddən sonra ərazidə faktiki məsuliyyət Ankaranın üzərinə düşdü, Türkiyə prosesin dərinliklərinə irəliləyir”.

İranın HƏMAS və “Hizbullah” kimi proksilərinin son zamanlarda çətin vəziyyətə düşməsindən sonra Suriyada itirdiyi gücünü PKK vasitəsilə əldə etməyə çalışdığı iddia olunur.

Qeyd edək ki, Türkiyənin “Yeni Şafak” qəzeti İranın PKK-ya 1500 kamikadze dron göndərməsi ilə bağlı tərəflər arasında razılığın əldə olunduğunu yazıb. Lakin Ankaranın dronların təhvili prosesinə mane olduğu bildirilir. Məlumata görə, sözügedən razılaşma İraqda keçirilən gizli toplantıda baş tutub /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ