İsrailin Qəzzada məktəb və xəstəxanaları bombalamasına İsveçin paytaxtı Stokholmda etiraz edilib.
Turkustan.az xəbər verir ki, paytaxtın Odenplan bölgəsinə toplaşan nümayişçilər soyuq havaya baxmayaraq, İsveç parlamentinə doğru addımlayıblar.
Aksiya zamanı, “Qəzzada uşaqlar öldürülür”, “Məktəblər və xəstəxanalar bombalanır”, “Soyqırımı dayandırın!” və “Sonsuza qədər Fələstin” yazılan plakatlar nümayiş edilib.
Nümayişdə iştirak edən yüzlərlə insan “Qatil İsrail, Fələstindən çıx”, “Qatil İsrail, Livandan çıx” və “Dərhal və qeyd-şərtsiz atəşkəs” kimi şüarlar səsləndirib.
Fələstin və Livan bayraqları daşıyan etirazçılar Qəzzada soyqırımın dayandırılmasını və İsrailin son günlər Livanda artan hücumlarına qarşı etiraz tələb ediblər.
Aytən Yaşar/ Turkustan.az