Putinin obrazını Hollivud ulduzu canlandıracaq


Olivye Assayasın Culiano da Empolinin eyniadlı bestseller əsəri əsasında çəkdiyi "Kreml sehrbazı" siyasi trillerində Cud Lou Rusiya Prezidenti Vladimir Putinin rolunu ifa edəcək.

Turkustan.az xəbər verir ki, romanın hadisələri 1990-cı illərin əvvəllərində Rusiyada cərəyan edir. Süjetin mərkəzində gənc televiziya prodüseri Vadim Baranov durur ki, o, gözlənilmədən Federal Təhlükəsizlik Xidmətinin agenti Putinin siyasi texnoloqu olur.

Baranovun obrazı əsasən Vladislav Surkovdan ilhamlanıb. Kitabda, həmçinin Putinin ətrafından olan Yevgeni Priqojin kimi real şəxsiyyətlər də yer alırlar.

Lou ilə yanaşı filmdə Pol Dano ("Neft"), Alisia Vikander ("Maşından"), Zak Qalifianakis ("Veqasda kişi məclisi") və Tom Sterrik ("Rok dalğası") də rol alacaqlar. Olivye Assayas "Zamanın xaricində", "Şəxsi alıcı", "İrma Vep" və "İkili həyat" filmləri ilə məşhurlaşıb. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ