Almaniyada AfD-nin təşkil etdiyi konqresə qarşı etiraz aksiyası keçirilib


Almaniyanın paytaxtı Berlinin cənubunda yerləşən Riesa şəhərində Almaniya üçün Alternativ (AfD) partiyasının təşkil etdiyi qurultaya etiraz olaraq geniş iştiraklı yürüş keçirilib.

Turkustan.az xəbər verir ki, ölkənin müxtəlif şəhərlərindən qatar və avtobuslarla Riesaya gələn minlərlə nümayişçi ifrat solçu qrupların rəhbərliyi ilə AfD konqresinin qarşısını almaq üçün toplaşıb.

Təxminən 200 avtobusla şəhərə gələn nümayişçilər AfD konqresinə gedən yolları bağlamağa çalışıb, polis nümayişçilərin qarşısını almaq üçün vaxtaşırı müdaxilə edib.

AfD-nin siyasətini tənqid edən nümayişçilər əllərində pankartlarla konqresin keçiriləcəyi əraziyə doğru yürüş ediblər.

Səhərin erkən saatlarında başlayan və gün boyu davam edəcəyi gözlənilən nümayişdə polislər itlər və su püskürən maşınlarla geniş təhlükəsizlik tədbirləri görüblər..

Fevralın 23-də keçiriləcək növbədənkənar ümumi seçkilərdən əvvəl keçiriləcək qurultayda AfD-nin baş nazirliyə namizədi Elis Veydelin müəyyən ediləcəyi gözlənilir.

Qurultayda Almaniyanın Avropa İttifaqından çıxması və abort kimi məsələlərin yer aldığı partiya proqramı da müzakirə olunacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ