Ermənistan Rusiyaya xəyanət edir - SENSASİON DETALLAR


Ermənistanın Avropa İttifaqına daxil olmaq kursuna başlaması Rusiya və İrana qarşı açıq təhqir və meydan oxmaqdır.

Maraqlıdır ki, xüsusilə Rusiyanın Ermənistana sərmayələri ildən-ilə artırılır, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2024-cü ildə rekord həddə çataraq 14 milyard dolları keçib. Rusiya Ermənistan iqtisadiyyatının aparıcı investorudur, iqtisadiyyata toplanmış investisiyaların ümumi həcmi 4 milyard dollardır.

Rusiya Ermənistana humanitar yardımlar da edir.

“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” Qapalı Səhmdar Cəmiyyəti Ermənistanın dəmir yollarını idarə edir. Ermənistanın dəmiryolunun təmiri Rusiya tərəfindən həyata keçirilir.

Rəsmi İrəvan Ermənistandakı rusdilli məktəblərin fəaliyyətini qadağan edir, Rusiya isə Ermənistandakı məktəblərə yardımlarını dayandırmır. Bu siyahını daha da uzatmaq üçün yetərincə faktlar var.

Ekspertlər hesab edir ki, Rusiya sərmayələr və humanitar yardımlar vasitəsilə ermənilərin “rəğbətini” qazana biləcəyinə inanaraq aldadılır. Çünki Rusiya Ermənistana qeyd olunan dəstəyi verdikcə Ermənistan Avropa İttifaqına üz tutur, Fransanın qucağında özünə daha isti yer arayır.

Ola bilsin ki, yaxın vaxtlarda Ermənistanda Fransa hərbi bazası da yaradılsın, Ermənistanın bütün addımları bunu proqnozlaşdırmağa ciddi əsaslar verir. Bu, əslində Rusiyaya açıq xəyanət olacaq. İndi ruslar ermənilərin “təşəkkürünü” görsünlər.

Maraqlıdır, Rusiya nə vaxta qədər buna dözəcək?

MUTELLİM.jpg (103 KB)

Siyasi şərhçi Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, Paşinyan iqtidarı Ermənistanın Avropaya inteqrasiyası yolunda davamlı siyasi kurs aparır:

“Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsini təsdiq etməklə Ermənistan rəsmi mövqeyini ortaya qoydu. Bu, Ermənistanın siyasi oriyentasiyasının rəsmi təsdiqidir. Rusiya da İrəvanın bu addımına qarşı praktik addımlar atacağını bəyan edir. Moskva öz təsir dairəsində olan ölkələr arasında xüsusilə indiki vaxtda belə bir presedentin yaranmasını istəmir. Ona görə də bundan sonra Rusiya Ermənistana qarşı ritorik söz atmalarını praktiki hərəkətlərə keçirə bilər. Bu isə Cənubi Qafqazda yeni münaqişənin alovlanmasına gətirib çıxaracaq.

Təbii ki, Rusiyadan iqtisadi asılılığa malik Ermənistanın bu probleminin həllinə Qərb dəstək göstərəcək. Geosiyasi müstəvidə Qərbin Ermənistanı əldə etməsi ona verəcəyi iqtisadi, maliyyə yardımından daha sanballı çəkiyə malikdir. Hərbi müstəvidə Ermənistan artıq xeyli vaxtdır ki, Rusiyadan asılılığı aradan qaldırmağa çalışır. Bu sahədə kifayət qədər uğurları da var. Silah-sursat alışını artıq Qərb və Hindistan üzərinə yönəldib. Siyasi dəstək baxımdan isə həmişə ikili oyun oynayıb və indi Avropanın ən böyük ölkələrindən olan Fransanın dəstəyini qazanıb. Bu dəstək ABŞ və Avropa İttifaqının, hətta müəyyən mənada NATO-nun müdafiəsi deməkdir. Hadisələrin gedişatı kifayət qədər dolaşıq və narahatedicidir. Rusiyanın Ermənistana siyasi, iqtisadi və hətta hərbi təzyiqi müqabilində Avropanın analoji müdafiəsi vəziyyəti hərbi müstəviyə çəkib apara bilər”.


MANŞET XƏBƏRLƏRİ