NATO 10 min heyətlə təlimlərə başlayır


NATO Bolqarıstan, Yunanıstan və Rumıniyada 10 min personalın iştirakı ilə hərtərəfli təlim təşkil ediləcək.

Turkustan.az xəbər verir ki, NATO Ukrayna-Rusiya müharibəsində gərginliyin artmasından sonra Şərqi Avropada əməliyyat qabiliyyətini yoxlamaq üçün “Steadfast Dart 2025” adlı təlim təşkil edəcək. Təlim quru, dəniz və hava elementlərinin birgə iştirakı ilə həyata keçiriləcək.

Təlimdə 9 müxtəlif ölkədən 10 mindən çox heyət iştirak edəcək. İştirak edəcək şəxsi heyət arasında xüsusi təyinatlılar da olacaq.

Balkanlarda keçiriləcək bu təlimlə NATO Avropadan Şərqi Avropaya əsgər, sursat və texnika daşınmasının müvəffəqiyyətini sınayacaq.

NATO təlimin həm də NATO-nun çəkindirici gücünü nümayiş etdirmək üçün təşkil edildiyini vurğulayıb.

Təlimlərin yanvardan mart ayına qədər davam edəcəyi gözlənilir. Burada eniş və hava hücumundan müdafiə də daxil olmaqla bir çox hərbi imkanlar yoxlanılacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ