Amerikalı milyarder İlon Mask Avropa siyasətinə müdaxilələri ilə reaksiyalar cəlb etməyə davam edir.
Turkustan.az xəbər verir ki, Berlin onun X platformasında Almaniyada ifrat sağçı partiyanı dəstəkləməsinə və Almaniya kanslerinin ünvanına təhqiramiz yazılarına reaksiya verib və çağırış edilib ki: “Almaniya hökuməti X platformasından istifadə etməməlidir”.
"Məsələ ondadır ki, Mask ifrat sağçı partiyanı qismən dəstəkləyib və görünür, təkcə bu ölkədə deyil, başqa yerlərdə də bu istiqamətdə irəliləyir. Bu bizim razılaşmadığımız, hətta rədd etdiyimiz bir haldır." ABŞ-lı milyarder İlon Maskın Almaniyada ifrat sağçı AFD partiyasına dəstək verməsindən və Almaniya kansleri və prezidentini təhqir etməsindən sonra kansler Olaf Şolz belə reaksiya verib.
Şolzdan sonra başqa bir reaksiya Almaniyada Federal Hökumətin Ayrı-seçkiliyə Qarşı Mübarizə Mütəxəssisi Ferda Atamandan gəlib. Ataman Almaniya hökumətini Maskın sosial media platforması olan X-dən çəkilməyə çağırıb.
Ataman, "Dünyanın ən zəngin adamının siyasi güc alətinə çevirdiyi platformadan dərhal çıxmaq lazımdır"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az