Manuel Albares 15-16 yanvar tarixlərində Suriya və Livana səfərindən əvvəl AA-ya danışıb.
Turkustan.az xəbər verir ki, İspaniyanın xarici işlər naziri Jose Manuel Albares sabit, dinc və əhatəli Suriyaya nail olmaq üçün İspaniya və AB-nin Türkiyə ilə güclərini birləşdirməli olduğunu bildirib.
Yaxın Şərqdə bir çox mövzuda, xüsusilə Fələstin məsələsində Türkiyə ilə əməkdaşlıq edən İspaniyanın bu siyasəti davam etdirəcəyini qeyd edən Albares, "Suriya məsələsində Türkiyə ilə fövqəladə işbirliyimiz olacaq. Türkiyə İspaniyanın birinci dərəcəli tərəfdaşıdır. Türkiyənin Yaxın Şərq və Suriyadakı rolu çox əhəmiyyətlidir, eyni zamanda İspaniya üçün də çox təqdir edilir"-deyə, bildirib.
Xarici işlər naziri Hakan Fidan ilə görüşüb fikir mübadiləsi apardıqlarını bildirən Albares, "Onun fikirlərindən faydalanıram. Çünki o, bölgədəki vəziyyəti mükəmməl bilir. Bu, mənim üçün çox xüsusi və vacibdir" deyib.
Suriyada Bass rejiminin devrilməsindən sonra qurulan yeni administrasiyanın indiyə qədər atdığı addımları “müsbət” qiymətləndiriyini qeyd edən ispaniyalı nazir, “Biz Suriyadakı rəhbərliyin zorakılıq tətbiq etmədiyini, həbsxanaları boşaltdığını, nəhayət, qanlı diktaturaya son qoyduqlarını görürük. Bütün bunlar İspaniyanın alqışladığı siqnallardır"-deyə, vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az