Ermənistan Minsk Qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.
"Ermənistan ATƏT-ə Minsk Qrupunun ləğvi məsələsi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir", - o qeyd edib.
N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib. /axar.az/