Rusiya Prezidenti Vladimir Putinin şərtləri ilə Ukrayna müharibəni bitirmək barədə danışıqlar aparmaq dayanıqlı sülhə zəmanətçi ola bilməz.
Turkustan.az xəbər verir ki, bu iddia ilə ABŞ Müharibə Tədqiqatları İnstitutunun analitikləri çıxış ediblər.
“Putinin heç bir şərt olmadan danışıqlar aparılması tələbinin tərəfdarı kimi qalması, dayanıqlı sülhə gətirib çıxarmayacaq. Kreml Qərb liderləri ilə danışıqlara hazır olduğunu desə də bu, real deyil” – deyə təşkilatın açıqlamasında yer alıb.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bundan öncə Putinlə danışıqlara hazır olduğunu deyib. O, Ukrayna müharibəsini altı ay içində bitirə biləcəyini söyləyib. /globalinfo.az/