Amerikada Tik-Tok qadağan edilə bilər.
Turkustan.az xəbər verir ki, ABŞ Ali Məhkəməsi Çinin Tik-Tok sosial şəbəkə platformasının ABŞ-da qadağan edilməsini və ya onun Amerika şirkətinə satılmasını nəzərdə tutan hüquqi tənzimləmə ilə bağlı işdə tərəflərin şifahi arqumentlərini dinləyib.
Ali Məhkəmədə keçirilən iclasda hakimlər TikTok-un qadağan edilməsinin ABŞ Konstitusiyasının ifadə və azadlıqlarla bağlı birinci maddəsi ilə əlaqəli olub-olmamasına şübhələrini bildiriblər.
Məhkəmədə baş hakim Con Roberts tətbiqdən istifadə edənlərlə bağlı qiymətləndirməsində, "Tik-Tokdan istifadə edən 170 milyon insan, onlar haqqında bütün məlumatları toplayan xarici düşmənin varlığını qəbul etmir" deyib.
ABŞ Konqresinin qadağa ilə bağlı qərarına toxunan Roberts, Konstitusiyanın birinci maddəsinə əsaslanaraq şirkətin korporativ quruluşunu tənzimləyən qanunun ləğvi üçün məhkəməyə presedent yaradacaq əvvəlki qərarın olmadığına diqqət çəkib.
İclasda rəy verən hakim Yelena Kaqan da ərizənin sahibi olan şirkətin ABŞ-a deyil, Çinə məxsus təşkilat olduğunu xatırladıb və “xarici şirkət”in Konstitusiyanın birinci maddəsinin müdafiəsi altında olmadığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az