Qrenlandiyanın baş naziri Mute Bourup Egede ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşmədiyini, lakin buna “açıq” olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen ilə keçirdiyi birgə mətbuat konfransında danışan Egede, Trampın ölkəsinə qarşı iddiası ilə bağlı açıqlamalar verib.
Ölkəsinin amerikalılar tərəfindən "Amerikanın bir parçası" olaraq görüldüyünün fərqində olduğunu ifadə edən Egede, "Qrenlandiya elə Qrenlandiya xalqına məxsusdur. Danimarkalı və ya amerikalı olmaq istəmirik. Qrenlandiyalı olaraq qalmaq istəyirik"-deyə, bildirib.
Digər tərəfdən Trampla görüşmədiyini bildirən Egede, "birləşdirici elementlər" mövzusunda onunla görüşməyə hazır olduğunu dilə gətirib.
Egede, "Əməkdaşlıq dialoqa bağlıdır və həll yoluna çalışmaq deməkdir" deyərək, görüşə "yaşıl işıq" yandırdığını elan etmiş olub.
Aytən Yaşar/ Turkustan.az