Baydendən Zelenskiyə şad xəbər: ABŞ Ukraynaya yardıma davam edəcək


Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat brifinqində gündəmlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Jean-Pierre bildirib ki, Bayden Zelenski ilə telefon danışığında ABŞ-ın Ukraynanın yanında olmağa davam edəcəyini vurğulayıb.

ABŞ-ın Rusiyaya qarşı son sanksiyalarını dəyərləndirən Pierre, Moskvaya təzyiqləri davam etdirəcəklərini bildirib.

Bildirək ki, yanvarın 20-də Baydendən sonra vəzifəyə keçəcək ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Zelenski ilə görüşəcəyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ