ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla, arxa görüntü kamerası probleminə görə təxminən 240 min avtomobilini geri çağırıb.
Turkustan.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi tərəfindən edilən açıqlamada, Tesla-nın bəzi 2024-2025 Model 3 və Model S, 2023-2025 Model X və 2023-2025 Model Y avtomobillərini geri çağırdığı ifadə edilib.
Sözügedən vasitələrdə kompüterin dövrə lövhəsinin qısaqapanmasının arxa görüntü kamerasının görüntüsünün itməsinə səbəb ola biləcəyinə diqqət çəkilərək, bunun sürücünün arxa görünüşünü azaldacağı və toqquşma riskini artıracağı vurğulanıb.
Həmçinin şirkət geri çağırılmadan təsirlənən potensial avtomobil sayının 239 min 382 olduğunu və Teslanın problemi həll etmək üçün uzaqdan edilə bilən proqram yeniləməsini pulsuz olaraq yayımladığını ifadə edib.
Açıqlamada, Tesla-nın elektron lövhəsində nasazlıq olan və ya ola biləcək bütün avtomobilləri də aşkarlayacağı və bu kompüterlərin pulsuz olaraq dəyişdiriləcəyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az