Tramp ABŞ tarixində cinayətdə ittiham olunan ilk prezidentdir


Tramp ağır cinayətdə ittiham olunaraq vəzifəyə gələn ilk ABŞ prezidenti olacaq.

Turkustan.az xəbər verir ki, Nyu-Yorkun hakimi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı maliyyə sənədlərini saxtalaşdırdığına görə cəza olaraq qeyd-şərtsiz azadlığa buraxıb.

Bu barədə TASS-ın müxbiri məlumat yayıb.

Beləliklə, Tramp cinayət məsuliyyətinə cəlb edilərək vəzifəyə başlayan ilk ABŞ prezidenti olacaq. Bu günə qədər ABŞ-da heç bir prezident ağır cinayətdə mühakimə olunduqdan sonra vəzifə tutmayıb. ABŞ Konstitusiyası cinayət keçmişi olan şəxslərin prezidentliyə namizədliyini irəli sürməsini və ya vəzifə tutmasını qadağan etmir.

"Fox News" xəbər verir ki, hökm onun ABŞ prezidenti kimi imkanlarına və məsuliyyətlərinə təsir etməyəcək.

Bildirək ki, Tramp may ayında biznes sənədlərinin saxtalaşdırılması ilə bağlı 34 maddə üzrə məhkum edilmişdi. Bu, Trampın 2016-cı ildəki ilk seçki kampaniyasının son həftələrində porno aktrisa Stormi Danielsə susmaq üçün ödənişin gizlədilməsi ilə bağlı olduğu iddia edilən sxemlə əlaqəli idi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ