ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib


“Qazprom Neft” və onun rəhbəri Aleksandr Dyukov, “Surqutnefteqaz”, “İnqosstrax” və “Alfastraxovanie” məhdudiyyətlərə məruz qalıb.

Turkustan.az xəbər verir ki, ABŞ Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində deyilir .

Aşağıdakı orqanlar və rəhbərləri məhdudiyyətlərə məruz qalıb:

"Zarubejneft"in rəhbəri Sergey Kudryashov.

Qazprom Neft və Surqutneftegaz-ın 27 törəmə şirkəti.

Rusiya Federasiyasının energetika nazirinin müavinləri Roman Marşavin və Eduard Şeremetsev.

Energetika Nazirliyinin Kömür Sənayesi Departamentinin direktoru Petr Bobylev, bu idarənin Xüsusi layihələrin həyata keçirilməsi departamentinin direktoru Vadim Pavlov, Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Dmitri Semenov və Qaz Sənayesinin İnkişafı Departamentinin direktoru Artem Verxov.

"İnqosstrax" və "Alfastraxovanie".

Qazprom LNG Portovaya və Cryogaz-Vysotsk Novatek.

Qazprom və Lukoyl, Layavozhneftegaz və Qazprom Şelfproektin birgə müəssisəsi olan Acimgaz, "Rusgazburenie", "Rusgazalyans".

Serb NIS.

"Polar litium".

"Vostok Oil"

Lukoil-in prezidenti və Tatneft-in baş direktoru.

Arctic LNG 2 layihəsi və əlaqəli strukturlar.

Rosatom rəhbərliyinin nümayəndələri, dövlət korporasiyasının direktoru Aleksey Lixaçev.

Bir çoxunun Rusiyanın "kölgə donanmasının" bir hissəsi olduğu iddia edilən 183 neft tankeri.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ