"Tesla"nın yeni modeli TƏQDİM EDİLDİ - VİDEO


ABŞ-nin "Tesla" şirkəti yenilənmiş "Model Y" krossoverini təqdim edib.

Turkustan.az xəbər verir ki, krossoverin görünüşü dəyişib və daha uzun məsafəli olub.

"Tesla Model Y"nin ön hissəsi "Cybertruck" elektrik mühərrikli pikapının və "Cybercab" pilotsuz taksisinin görünüşünə uyğun hazırlanıb, yeni işıqlandırma avadanlığı, kapot və bamper quraşdırılıb.

Birinci mərhələdə yeni məhsul iki modifikasiyada təklif olunacaq. Avtomobil arxa ötürücülüdür və tam şarjla 593 km getməyə qadirdir.

Yenilənmiş "Tesla Model Y"nin tədarükləri bu ilin yazında başlayacaq. /bakupost.az/

Bakupost.azBakupost.az


MANŞET XƏBƏRLƏRİ