"Bu, Moskvanın gördüyü bütün təhlükəsizlik tədbirlərinə haqq qazandırır".
Turkustan.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Litva prezidenti Gitanas Nausedanın Kalininqradın mülkiyyəti ilə bağlı sözləri onu göstərir ki, Vilnüsün Rusiyaya ərazi iddiaları var.
“Litva ölkəmiz üçün qeyri-dost və bizə düşmən olan dövlətdir, göründüyü kimi, bu, bizim dərin qorxularımız əsassız deyil. Bu dövlətimizin təhlükəsizliyini təmin etmək üçün bütün indiki və gələcək tədbirlərə haqq qazandırır”-deyə, Kreml nümayəndəsi bildirib.
Bildirək ki, Litva prezidenti Gitanas Nauseda Kalininqradı “Kiçik Litvanın” bir hissəsi adlandırıb.
Aytən Yaşar/ Turkustan.az