Türkiyənin Xarici işlər naziri Hakan Fidan İstanbulda milli və beynəlxalq media qurumlarının nümayəndələri ilə keçirilən görüşdə açıqlamalar verib.
Turkustan.az xəbər verir ki,Hakan Fidan Suriya ilə bağlı tənqidi açıqlama verərək, "Separatçı təşkilat və onun Suriyadakı uzantıları üçün artıq yolun sonu görünür. Suriyanın terrorçulardan təmizlənməsi Türkiyənin 2025-ci ilin əsas prioritetləri arasındadır" deyib.
O, gələcəkdə Suriyada ABŞ ilə “terrorla mübarizə” problemi yaşayacaqlarına inanmadıqlarını və ABŞ-ın Türkiyənin mövqeyini bildiyini vurğulayıb.
Fidan, "Suriyadakı yeni nizamda, artıq heç kimin məqsədyönlü bəyanatlar işlətmək lüksü yoxdur. Türkiyənin sağ qalması üçün bütün təhlükələri aradan qaldıracaq gücü, imkanı və hər şeydən əvvəl qətiyyəti var"-deyə, qeyd edib.
Aytən Yaşar/ Turkustan.az