Almaniyada ifrat sağçı AfD partiyasının lideri Elis Vaydel sosial mediada İlon Maska müsahibə verib.
Turkustan.az xəbər verir ki, AfD lideri “Yəhudiləri müsəlman cinayətlərinə qarşı qorumalıyıq” deyərkən, Fələstin nümayişləri səbəbindən yəhudilərin Berlində küçələrə belə çıxa bilmədiklərini ifadə edərək, Almaniyadakı müsəlmanları hədəf alıb.
Mask isə X-dakı canlı yayımında AfD-yə dəstək çağırışını təkrarlayıb. ABŞ xalqının 5 noyabr seçkilərində dəyişiklik tələb etdiyini bildirən Mask, "Alman xalqına da eyni şeyi etməyi tövsiyə edirəm. Mövcud vəziyyətdən razı deyilsinizsə, dəyişikliyə yəni, AfD-yə səs verin. Bunu şiddətlə tövsiyə edirəm. Düşünürəm ki, Almaniyanı yalnız AfD xilas edə bilər"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az