HƏMAS Hərəkatının Siyasi Büro üzvü Usamə əl-Həmdan, İsrailin mübadilə razılaşması istisna olmaqla, əsirləri geri ala bilməyəcəyini bildirərək, baş nazir Benyamin Netanyahunu əsirlərin taleyi ilə oynamaqda günahlandırıb.
Turkustan.az xəbər verir ki, HƏMAS Hərəkatının Siyasi Büro üzvü Həmdan Əlcəzairdə keçirdiyi mətbuat konfransında "İsrail ilə əsir mübadiləsi müqaviləsinin tətbiq edilməli qaydaları var və bu qaydalara görə İsrail əsirlərini alacaq, biz də əsirlərimizi alacağıq, amma təbii ki, anlaşma olmadan əsirlər sağ qaytarılmayacaq"-deyə, bildirib.
AA xəbərinə görə; Həmdan, Netanyahunun uğur imici axtarışında əsirlərin taleyi ilə oynadığını, onları azad etmək istəmədiyini və öldürülmələrini istədiyini deyib. O, həmçinin əlavə edib ki, İsrailin nə istədiyi HƏMAS-ı qətiyyən maraqlandırmır.
Aytən Yaşar/ Turkustan.az