Aİ siyasətçisi Breton: Mask dəli kimi yalan danışır


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ən böyük dəstəkçilərindən olan İlon Maskın Avropa siyasətinə müdaxilələri gündəmdə qalmaqda davam edir.

Turkustan.az xəbər verir ki, Avropanın daxili bazar və xidmətlər üzrə keçmiş komissarı Thierry Breton dünyanın ən varlı adamı İlon Maskı AB-nin Almaniyanın ifrat sağçı Alternativ Almaniya Partiyasının lideri ilə müsahibəsinə mane olmağa çalışdığını iddia etdikdən sonra onu “dəli kimi yalan danışmaqda” ittiham edib.

İlon Maskın ictimai rəy yaratmaq üçün geniş imkanları, xüsusən də Britaniya və Almaniya siyasəti ilə bağlı şərhləri və X adlandırdığı Twitter tətbiqinin sahibi olması Avropa siyasətində tarazlığa təsir edən amillər kimi önə çıxırlar.

Sosial media platformasında verdiyi açıqlamada amerikalı milyarder, "AB əvvəlcə mənim prezident Donald Trampla onlayn söhbət etməyimə mane olmağa çalışdı. İndi isə növbəti kansler ola biləcək Alice Weidel ilə insanların danışmasına mane olmaq istəyirlər. Bu adamlar həqiqətən demokratiyaya nifrət edirlər"-deyə, bildirib.

Sentyabr ayında Avropa Komissiyasının üzvlüyündən istefa verən, lakin Aİ-nin aparıcı siyasətçilərindən biri olmağa davam edən Thierry Breton Maskın bu ittihamlarına cavab verib:

"İndi mən xanım Vaydelə məktub göndərəndən sonra Mask deyir ki, Aİ insanların söhbətinə mane olmaq istəyir. O, burada məlumatları təhrif edir və dəli kimi yalan danışır. Heç kim onun Trampla görüşünə və Almaniya ilə əlaqə qurmağına mane olmağa çalışmayıb.

İfadə azadlığı Avropada hər şeydən üstündür, bu, bütün üzv dövlətlərdə ümumi demokratiya, məhkəmələr üçün son dərəcə vacibdir və bu toxunulmaz bir şeydir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ