Los-Ancelesdə baş verən yanğınlarda ölənlərin sayı 10-a çatıb


ABŞ-da günlərdir davam edən yanğınlar yeni bölgələrə yayılmağa davam edir.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində davam edən yanğınlar nəticəsində həyatını itirənlərin sayının 10-a yüksəldiyi bildirilib. Yanğınlarda 10 mindən çox bina zərər görüb və ya tamamilə yararsız hala düşüb.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatlarına görə yanğının əhatə etdiyi ərazi getdikcə genişlənir və qarşısını almaq mümkünsüz bir hala gəlib.

Los-Anceles polis rəsmiləri şəhərin Woodland Hills bölgəsində yanğın törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.

Bildirək ki, Tramp davam edən yanğınlara görə Bayden administrasiyasını hədəfə alıb.

Ölənlərin sayının artacağı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ