Ukraynaya növbəti yardım göndəriləcək.
Turkustan.az xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyindən verilən açıqlamada, Latviya və İngiltərənin birgə idarə etdiyi Beynəlxalq Dron Koalisiyası tərəfindən 45 milyon funt sterlinq dəyərində müqavilə imzalandıqdan sonra Ukraynaya 30 min pilotsuz təyyarə göndəriləcəyi bildirilib .
Açıqlamada, yeni dronların maliyyələşdirilməsinin İngiltərə, Danimarka, Hollandiya, Latviya və İsveç kimi ölkələrin töhfələri ilə təmin edildiyi bildirilib.
Portuqaliya və Almaniya ilk dəfə Beynəlxalq Ukrayna Fonduna töhfə verirlər. Açıqlamada vurğulanıb ki, bu yüksək texnologiyalı pilotsuz təyyarələr Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın hava hücumundan müdafiə sistemlərindən yan keçmək və düşmən mövqelərini və zirehli texnikasını hədəfə almaq imkanı verəcək.
Bundan əlavə, bəyanatda Böyük Britaniya tərəfindən idarə olunan Ukrayna Beynəlxalq Fonduna müttəfiq ölkələrin verdiyi yeni dəstəklə fondun ümumi həcminin 1,3 milyard funt-sterlinqi keçdiyi və bu fondun prioritetlərin sürətlə alınmasına imkan verdiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az