Almaniya kansleri Olaf Şolzun Ukraynaya 3 milyard avroluq yeni yardım paketini təsdiqləmədiyi iddia edilib.
Turkustan.az xəbər verir ki, “Spiegel” jurnalının xəbərində xarici işlər naziri Annalena Baerbock və müdafiə naziri Boris Pistoriusun fevralın 23-də keçiriləcək ümumi seçkilərə qədər Ukraynaya təcili olaraq əlavə silahların çatdırılması üçün təxminən 3 milyard avroluq əlavə büdcəni səfərbər etmək istədikləri bildirilib.
Lakin Şolz seçki öncəsi əlavə hərbi yardım planlarına üstünlük verməyib.
Digər tərəfdən, xəbərdə Sosial Demokrat Partiyasının (SDP) dairələrində baş nazir Şolzun seçki kampaniyası zamanı Ukraynaya növbəti silah tədarükünü elan etmək istəmədiyinin fərziyyələr olduğu irəli sürülüb, çünki bu addım potensial SDP seçicilərini uzaqlaşdıra bilər.
Aytən Yaşar/ Turkustan.az