Tramp Putinlə görüşəcək.
Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo malikanəsində respublikaçı qubernatorlarla görüşdükdən sonra mətbuata qısa açıqlama verib.
O, bildirib ki, Rusiya prezidenti Vladimir Putinin onunla görüşmək istəyir və bu görüş təşkil ediləcək.Tramp həmçinin Rusiya-Ukrayna müharibəsinə də toxunub və qeyd edib ki, bu qanlı müharibə tezliklə bitməlidir, lakin sözügedən görüşün nə vaxt keçiriləcəyi ilə bağlı təfərrüata varmayıb.
Bildirək ki, Tramp əvvəlki açıqlamalarında prezidentliyə başladıqdan sonra Rusiya-Ukrayna müharibəsini ən qısa zamanda bitirmək istədiyini və bu məqsədlə Putinlə görüşməyə hazır olduğunu demişdi.
Aytən Yaşar/ Turkustan.az