Overçuk Ermənistanı HƏDƏLƏDİ


Rusiya Ermənistanda Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini ölkənin Aİİ-dən çıxması istiqamətində ilk addım kimi qiymətləndirir.

Turkustan.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

O qeyd edib ki, Ermənistanda Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsinin müzakirəsinə başlanması İrəvanın Aİİ-dən çıxmaq niyyətinin siqnalı kimi şərh olunur və əlavə edib ki, Rusiya bu vəziyyəti nəzərə alaraq iqtisadi siyasətini Ermənistana uyğunlaşdıracaq. .

Eyni zamanda, Overçuk vurğulayıb ki, bu, Ermənistanın suveren seçimidir və respublikanın belə qərarlar qəbul etmək hüququ var. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ