Kaliforniyada yanğın: Baydenin də evi kül oldu


ABŞ Prezidenti Co Baydenin oğlu Hunterin Malibudakı evi Kaliforniyada tüğyan edən yanğınlar nəticəsində tamamilə yanıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb.

Bildirilib ki, 4 milyon dollarlıq mülkdən qalan yalnız iki tüstü bacasıdır.

Yanğın nəticəsində təhlükəsizlik xidməti əməkdaşlarının yerləşdirilməsi üçün istifadə edilən yaxınlıqdakı ev də məhv olub.

Qeyd edək ki, m​​​​​​eşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. Artıq ABŞ Prezidenti Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib.

Təbii fəlakət zamanı bir çox Hollivud ulduzlarının da malikanələrinin yandığı deyilir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ