Belçika Aİ-dən Maska qarşı tədbir görülməsini tələb etdi


Avropa ölkələrindən Maska qarşı etirazlar günü-gündən artır.

Turkustan.az xəbər verir ki, Belçika Nümayəndələr Palatasında çıxış edən De Croo ifrat sağçı Almaniya Alternativ (AfD) partiyasını tərifləyən amerikalı iş adamı Mask haqqında açıqlama verib.

O, Avropa İttifaqı (Aİ) Komissiyasından X sosial media platformasının sahibi İlon Maska “müdaxilə” etməyi xahiş edib: "Biz suverenliyimizə qarşı davamlı hücumlara məruz qalırıq. Buna müdaxilə etməliyik"-deyə, o bildirib.

Hərəkət üçün qanuni əsasların olduğunu bildirən De Croo, "Aİ Komissiyası hərəkətə keçməli və Rəqəmsal Xidmətlər Qanununun alətlərindən istifadə etməlidir. İfadə azadlığı mənim üçün dəyərlidir, lakin bu, bəhanə ola bilməz. Yalan və manipulyasiyaya müdaxilə tələb edəcəyəm"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ