Suriya ABŞ-dan sanksiyalarla bağlı xahiş edib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Suriyaya qarşı sanksiyalarını yumşaltmaq üçün Suriyada yeni administrasiyanın Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Nazirlik Suriyada sabitlik və rifahı təmin etmək üçün ABŞ-dan ölkəyə qarşı sanksiyaları tamamilə ləğv etməyi xahiş edib.
AA-nın Suriya Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə açıqlamada, sanksiyaların Əsəd rejiminin devrilməsi ilə qüvvəsini itirdiyi və hazırda Suriya xalqına mənfi təsir göstərdiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az