İDDİA: Cənubi Koreyada prezidentin həbsi "vətəndaş müharibəsi"nə səbəb olacaq


Yoon Suk Yeolun həbsi ilə bağlı müxtəlif fikirlər səsləndirilməkdə davam edir.

Turkustan.az xəbər verir ki, Cənubi Koreya prezidenti vəzifəsindən kənarlaşdırılan Yoon Suk Yeolun vəkili müəyyən iddialar səsləndirib.

O, verdiyi açıqlamada, sabiq prezidentin əlləri qandallanmış görüntülərinin onsuz da qütbləşmiş ölkəni " vətəndaş müharibəsinə " sürükləyə biləcəyini qeyd edib.

Ana müxalifət Demokratik Partiyası və daha 5 kiçik müxalifət partiyası Yoonun hərbi vəziyyət elan etməsi ilə bağlı tamamilə müstəqil araşdırma aparmaq üçün parlamentə qanun layihəsi təqdim ediblər.

Müxalifət Yoonun əməkdaşlıq etməməsi səbəbindən cari araşdırmalara mane olduğunu bildirib və istintaqın hökumətdən və ya hər hansı bir tərəfin təsirindən asılı olmayaraq tamamilə qərəzsiz xüsusi prokuror tərəfindən aparılmasının vacibliyini vurğulayıb.

Bildirək ki, Cənubi Koreyada məhkəmə ötən gün müvəqqəti olaraq prezident vəzifəsindən kənarlaşdırılan Yoon Suk Yeol haqqında verilmiş həbs qərarının uzadılmasına qərar verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ